İki motosiklet sürücüsü qəzada ÖLDÜ

Dünən Neftçalada ağır yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, rayonun Sarıqamış kəndi ərazisində 1961-ci il təvəllüdlü Hüseynov Məzahim Səftər oğlunun idarə etdiyi “İj-Planet 5” markalı motosiklet aşıb. İdarəetmdən çıxaraq yol kənarına aşan motosikletin sürücüsü aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.
Ötən gün Qazaxda da motosikletçinin ölümü ilə nəticələnən hadisə baş verib. Rayonun Canallı kənd sakini 1963-cü il təvəllüdlü Hacıməmmədov Elşad Əmirastan oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan Ağstafa rayonu Saloğlu qəsəbə sakini 2005-ci il təvəllüdlü Sadıxzadə Ruhin Veyis oğlunun idarə etdiyi “İJ Planeta 5” markalı motosiklet toqquşub. Nəticədə motosikletin 19 yaşlı sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.
Hər iki faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO
Salyan bazarında qadın satıcı almaları tüpürərək silib? - VİDEO
Saatlıda avtomobilin vurduğu piyada öldü










