İki nəfəri güllələməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Şəkidə iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Namik Məmmədovun ibtidai istintaqı başa çatıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, istintaqı tamamlanan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilərək hakim Tural Əfəndizadənin icraatına verilib.
Qeyd edək ki, bu ilin may ayında Şəkinin Baş Şabalıd kəndində Namik Məmmədov 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunu güllələyərək qətlə yetirməkdə şübhəli bilinib.
İttihama görə, Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə daha sonra İsrafil Məmmədsoy da qoşulub. Daha sonra aralarında yaranmış münaqişə səbəbindən Namik Məmmədov hər iki şəxsi güllələyib.
Məlumata görə, İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri olub.
N.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.10-cu (xüsusi amansızlıqla iki və ya daha çox şəxsi öldürmə və xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla təkrarən qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO
Xəzərdə gün ərzində ikinci zəlzələ oldu - FOTO - YENİLƏNİB
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO










