İki nəfərin ölümünə səbəb olan avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 187 nömrəli avtobusun sürücüsü Orxan Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Səfərov 7 il müddətində azadlıqdan məhrum edilib və 4 il müddətində sürücülük hüququ əlindən alınıb. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilib.
Qeyd: Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Orxan Səfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO










