İki nəfərin ölümünə səbəb olan sürücünün cəzası yüngülləşdirildi

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsiriləndirilən Seyfəddin Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 oktyabr 2024-cü il tarixli hökmü ilə məhkuma təyin edilmiş 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib. Seyfəddin Vəliyev cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkəcək. İttihama görə, hadisə 15 yanvar 2024-cü il tarixdə saat 19:30 radələrində Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Ağcabədi rayonu, Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Seyfəddin Vəliyev idarə etdiyi “VAZ-21063” markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü yolun hərəkət hissəsində dayanan piyadaları və qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almayaraq maşını vaxtında saxlamayıb, nəticədə əvvəlcə yol kənarında dayanmış iki nəfəri vurub. Daha sonra o, qarşıdan gələn “Mercedes-Benz Actros” markalı yük avtomobili ilə toqquşub.
Hadisə nəticəsində Elşən Abdullayev aldığı ağır xəsarətlərdən həmin gün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında, Rəfael Kərimov isə aldığı xəsarətlərdən 24 fevral 2024-cü il tarixdə yaşadığı evdə vəfat edib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyfəddin Vəliyev 4 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdı. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb, məhkumun apellyasiya şikayəti təmin edilməyib. Daha sonra Seyfəddin Vəliyev kassasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini xahiş edib (Pravda.az).
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










