İki nəfərin yanıb ölməsinə səbəb olan polisə HÖKM OXUNDU

Hadisə 17 İyun 2024 14:36 Oxunub 174
İki nəfərin yanıb ölməsinə səbəb olan polisə HÖKM OXUNDU
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Tıva Respublikasında məhkəmə səhlənkarlıq ucbatından  nəfərlik ailənin yanıb ölməsinə səbəb olan 37 yaşlı polisə hökm oxuyub.

Avtosfer.az xəbər verir ki, təqsirləndirilən şəxs üç il şərti cəza ilə sərbəst buraxılıb. Məhkəmə onun hüquq-mühafizə orqanlarında işləməsini qadağan edib.

Məhkum Qızıl polis şöbəsində əməliyyat növbətçisinin köməkçisi olub. 2022-ci ilin oktyabrında gecə saatlarında yerli sakin ona zəng edərək kömək istəyib. Müraciət edənin sözlərinə görə, onun sərxoş yeznəsi həyat yoldaşını və uşaqlarını hədələyib. Lakin polis məmuru qadının mesajına məhəl qoymayıb və hadisə yerinə qrup göndərməyib. Nəticədə kişi ailəsi ilə birlikdə evi yandırıb. Biri uşaq olmaqla 2 nəfər yanaraq ölüb, üç nəfər yaralanıb.

(lent.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh