İki qadınla yolu qaçaraq keçən azyaşlı yıxıldı - Faciədən son anda qurtuldu - REAL VİDEO

Paytaxtın Yasamal rayonunda, “20 Yanvar” metrosu yaxınlığında piyadaların yol hərəkəti qaydalarını pozması avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən il dekabrın 28-də, saat 11:25 radələrində qeydə alınıb. Videodan görünür ki, iki orta yaşlı qadın azyaşlı ilə birlikdə dayanmış avtobusların arasından çıxır və yolu təyin olunmamış yerdən qaçaraq keçməyə cəhd edirlər. Bu zaman azyaşlı yola yıxılır. Xoşbəxtlikdən, həmin an yola yaxınlaşan avtomobil olmayıb.
Qeyd edək ki, avtobusların arasından qəfil çıxan piyadalar sürücülər üçün görünməz zona yaradır və bu cür hallarda qəza riski xeyli artır.
Piyadalar, xüsusilə azyaşlılarla hərəkət edərkən yalnız piyada keçidlərindən istifadə etməli, dayanmış nəqliyyat vasitələrinin arasından yola çıxmaqdan çəkinməlidirlər. Unutmaq olmaz ki, bir neçə saniyəlik tələskənlik insan həyatı üçün ciddi təhlükəyə çevrilə bilər.
Nərmin
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO










