İki qardaş maşınlardan və terminaldan 14 min manat oğurladı - FOTO - VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.
Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xəzər dənizində zəlzələ oldu - FOTO
Bakıda maşın piyadanı vurub öldürdü
Salyanda dörd yaşlı uşaq faciəli şəkildə ÖLDÜ - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ - YENİLƏNİB
Bakıda avtobusda gənc qıza əxlaqsızlıq etdilər - VİDEO
Bağlı qapı arxasında qalan azyaşlılar belə xilas edildi - VİDEO
Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu
Azərbaycanlı biznesmenin 8 milyardlıq "kurort"u əlindən alınır - Şirkətinə də HƏBS QOYULDU - FOTO
Müharibə iştirakçısı tanınmış həkimlərin adından istifadə edərək DƏLƏDUZLUQ ETDİ
Süni intellektlə qadınları şantaj edən Atakişiyev SAXLANILDI - VİDEO
Bakıda süpürgəçini maşın vurub öldürdü










