İki qayıq batdı: azı 10 nəfər öldü

İtaliya sahillərində iki qayığın batması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan itkin düşüb.
Avtosfer.az “redaktor.az”a istinadən xəbər verir ki, Almaniyanın “ResQship” yardım təşkilatı tərəfindən idarə olunan “Nadir” gəmisinin xilasediciləri Aralıq dənizinin mərkəzində taxta qayığın aşağı göyərtəsində on cəsəd tapıblar.
Yardım təşkilatı Tunisdən yola düşdüyü güman edilən batan qayıqda olan 51 nəfərin xilas edildiyini bildirib.
Digər hadisə nəticəsində isə İtaliyanın cənubundakı Kalabriya sahillərindən təxminən 160 km aralıda İon dənizində qayığın batması nəticəsində 50 nəfərin itkin düşdüyü bildirilir. Aralarında hamilə qadın olan 12 nəfər ticarət gəmisi tərəfindən xilas edilərək “Roccella İonica” limanına aparılıb.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, miqrantlar son günlər Türkiyəni tərk edən yelkənli qayıqla səyahət ediblər. Göyərtədə İran, İraq, Suriya və Əfqanıstan vətəndaşları olub.
Qeyd edək ki, BMT 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzində 20 000-dən çox ölüm və itkin düşmə faktını qeydə alıb və bu, onu dünyanın ən təhlükəli miqrant keçidinə çevirib.
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










