İki qrup arasında atışma - 2 ölü, 2 yaralı
Hadisə
29 Noyabr 2025 19:03
Oxunub 240

Türkiyənin Şanlıurfa vilayətində iki qrup arasında atışma olub, dörd nəfər güllə yarası alıb. Avtosfer.az yerli mediaya istinadən məlumatına görə, hadisə Haliliye rayonunda qeydə alınıb. Belə ki, iki qrup arasındakı mübahisə böyüyüb və silahlı qarşıdurmaya çevrilib. Güllə yarası alan dörd nəfərdən biri hadisə yerində həlak olub, digər üçü isə xəstəxanaya çatdırılıb. Yaralılardan biri də xəstəxanada keçinib. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













