İki sürücü yol üstündə dava etdi: Biri ailəsinin gözü qarşısında öldürüldü - FOTO

Hadisə 14 İyul 2024 19:43 Oxunub 700
İki sürücü yol üstündə dava etdi:  Biri ailəsinin gözü qarşısında öldürüldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyanın Moskva vilayətində yol vermək üstündə düşən mübahisə ölümlə nəticələnib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 13-də yerli saatla 22:00 Jukovski şəhərində Bajenova küçəsi 13 saylı evdə baş verib. Bu barədə İstintaq Komitəsinin Moskva vilayəti üzrə şöbəsindən məlumat verilib.

Məlumata görə, “Volkswagen Tiguan” markalı minik avtomobilinin 40 yaşlı sahibi, yolun hərəkət hissəsini mikravtobus sürücüsü ilə bölüşə bilməyib və onların aralarında öncə mübahisə yaranıb. Bu zaman üç nəfər “Volkswagen”in sahibinin üzərinə hücum çəkib.    

40 yaşlı kişi bibər qazından istifadə edərək özünü qorumağa çalışıb. Lakin bir neçə dəqiqə sonra baş nahiyəsindən dəmir alətlə (armatur) zərbə alıb. Zərərçəkən, həyat yoldaşı və uşağının gözü qarşısında aldığı xəsarətlərdən dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, hadisədən sonra şübhəli və onun dostları qaçıblar, ancaq bir müddət sonra onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.  

İndi qətli törədən şəxsi qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə 15 ilə qədər həbs cəzası gözləyir.

 

Namiq Musayev

Дорожный спор закончился убийством в Жуковском

Дорожный спор закончился убийством в Жуковском

Дорожный спор закончился убийством в Жуковском

ŞƏRH YAZ
Ad

E-mail

Şərh