İki uşaq atası özündən 12 yaş kiçik nişanlısını qətlə yetirdi, anasını isə... - TƏFƏRRÜAT

Hadisə 24 Noyabr 2023 23:18 Oxunub 552
İki uşaq atası özündən 12 yaş kiçik nişanlısını qətlə yetirdi, anasını isə... - TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən Valeh İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2020-ci il sentyabrın 4-ü saat 22 radələrində Valeh İsgəndərov Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki yataqxanada yaşayan Mehriban Cabbarovanı bıçaqlayaraq öldürüb, anası Xatun Cabbarovaya isə bıçaqla xəsarətlər yetirib.

Keçirilən əməliyyat zamanı 32 yaşlı Valeh İsgəndərov şübhəli şəxs qismində saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan Valeh İsgəndərov zərərçəkənlərin həm qonşusu, həm də 20 yaşlı Mehriban Cabbarovanın nişanlısı olub. Ustalıqla məşğul olan 2 uşaq atası Valeh İsgəndərovun qonşu qızına olan münasibətinə görə həyat yoldaşı uşaqlarını da götürərək ər evini tərk edib. Bundan sonra Valeh İsgəndərov anasını özündən 12 yaş kiçik qıza elçi göndərib və çətinliklə olsa da onunla nişanlanıb. Amma cəmi iki həftə sonra Mehriban Cabbarova onun davranışlarından, xarakterindən qorxuya düşərək Valeh İsgəndərova ərə getməkdən daşınıb və üzüyü geri qaytarıb.

Bu hadisədən sonra tərəflər arasında mübahisələr olub. Sevgilisini itirmək istəməyən Valeh İsgəndərov sərxoş vəziyyətdə hadisə baş verən gün parkda olan nişanlısı və anası Xatun Cabbarovaya qarşı xuliqanlıq edib. Bunu görən vətəndaşlardan biri polisə məlumat verib. Polisin gələcəyini görən Valeh oradan uzaqlaşıb. Xuliqanlıq çağırışına gələn polis əməkdaşları ərazini tərk edəndən sonra Valeh yenidən binaya qayıdıb. İsgəndərov binaya daxil olan zaman onu Xatun Cabbarova görüb.

Valeh hadisə anını ifadəsində belə bildirib: “Məni görən kimi Mehribana qışqırdı ki, Valeh gəlir. Pilləkənləri qalxan kimi Mehriban cumdu üstümə. Bıçağı çıxardım. Neçə zərbə vurduğum yadımda deyil”.

Övladına dəyən bıçaq zərbələrinin önünü kəsməyə çalışan Xatun Cabbarova “balamı öldürmə, yazığam” deyib aman diləsə də, gözünü qan örtmüş Valeh qadının yalvarışlarına, fəryadına məhəl qoymayıb. Növbəti bıçaq zərbələri qızını qucaqlayaraq bədəni ilə onu qorumaq istəyən anaya sancılıb. Səs-küyə gələn qonşular ana-balanın qan içində görüblər. Hər iki yaralını təcili xəstəxanaya çatdırılıb. Həkimlər Xatun Cabbarovanın həyatını xilas etsələr də, 20 yaşlı Mehriban dünyasını dəyişib.

Məhkəmə prosesi zamanı Valeh İsgəndərov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş Xatun Cabbarova təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edib.

Sonda məhkəmənin hökmü ilə 32 yaşlı Valeh İsgəndərov Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum olunub. (ölkə.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh