İki yaşlı qız pilləkəndən yıxılaraq ÖLDÜ
Hadisə
10 Dekabr 2024 11:34
Oxunub 166
Tovuzda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün saat 07 radələrində Düz Cırdaxan kəndində baş verib.
Belə ki, kənd sakini 2022-ci il təvəllüdlü Zəhra Etibar qızı Musayeva yaşadığı evdə pilləkəndən yıxılıb.
Azyaşlı xəstəxanaya aparılarkən ölüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
(qafqazinfo)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR