İki yaşlı uşağı döyüb yandıran atalığı həbs edildi - FOTO - YENİLƏNİB
Göygöldə 2 yaşlı uşağa müxtəlif dərəcəli xəsarətlər yetirən Şirin Qasımov məhkəmə qarşısına çıxarılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Göygöl Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Göygöl Rayon Polis Şöbəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər. Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb.
Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs - azyaşlının atalığı saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
***
27 sentyabr
Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, azyaşlının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
"2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 27.09.2024-cü il tarixində saat 11:59-da Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qapalı kəllə-beyin travması, hər iki gözətrafı və üzün böyük həcmli hematoması, kürək nahiyəsinin II-III dərəcəli böyük ölçülü yanığı, sol çiyin nahiyəsinin hematoması və küt travması diaqnozu ilə yerləşdirilib. Həkimlər tərəfindən müayinə edilib, vəziyyəti orta ağır olaraq dəyərləndirilir", - deyə qurumdan bildirilib.
***
14:41
Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.
“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb.