İldırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb

Hadisə 3 May 2025 19:54 Oxunub 314
İldırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"Rəvansar rayonunun mərkəzi Həsənabad-e Qarax kəndində ildırım vurması nəticəsində iki həmyerlimiz həlak olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, Cavanrud-Rəvansərdə daha bir nəfəri ildırım vurub".

Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh