İldırım vurması nəticəsində ölən sərhədçi icra başçısının əmisi oğludur - FOTO

Hadisə 10 İyun 2024 10:56 Oxunub 260
İldırım vurması nəticəsində ölən sərhədçi icra başçısının əmisi oğludur  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat edib.

Avtosfer.az xəbər verir ki, mayor Baxış Baxışlı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun əmisi oğludur.

O, əslən Tərtər rayonundandır. Atası da Tərtər Rayon İcra Hakimiyyətinin məsləhətçisidir. Mərhum mayor nişanlı imiş.

Məlumata görə, B.Baxışlı Dövlət Sərhəd Xidmətinin Akademiyasında oxuyub. O, akademiyaya 600-dən çox bal toplayaraq daxil olubmuş.

(musavat)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh