İlon Mask ixtisar etdiyi 500 nəfəri yenidən işə qaytardı

Hadisə 22 May 2024 18:18 Oxunub 194
İlon Mask ixtisar etdiyi 500 nəfəri yenidən işə qaytardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Amerikalı iş adamı İlon Maskın impulsiv davranışları ilə vaxtaşırı müzakirə mövzusu olur. Belə bir davranış bu günlərdə də baş verib.

Avtosfer.az xəbər verir ki, optimallaşdırma çərçivəsində iş adamı 500 nəfəri bir gündə ixtisar edib. Şirkətin sürətli batareya doldurucuları hazırlayan bölməsinin bütün əməkdaşları - ən kiçik işçidən müdirədək hamı işdən azad edilib. 
Lakin təxminən bir həftə sonra məlum olub ki, Tesla şirkəti elektromobil satışlarını artısa da, doldurucu satışı dayanıb. Daha doğrusu bunları layihələndirən və istehsal edən işçilər yoxdur. Bu istehsalın dayanması şirkətə maddi ziyan vurmaqla yanaşı, nüfuzunu da zədələyir. 
Buna görə də Mask azad etdiyi əməkdaşları təkrar işə çağırıb.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh