İmicini necə dəyişdisə, illərlə axtarıldı - FOTO

2021-ci ilin iyulunda atası ilə birgə Abşeron rayonunda qətl törətməkdə ittiham olunan Emin Ramazanov tutulub.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumata görə, cinayətdə şübhəli bilinən E.Ramazanov 4 il ərzində imicini dəyişərək, hüquq-mühafizə orqanlarından gizlənməyə müvəffəq olub.
Qobu qəsəbəsində 29 yaşlı Ülfət Höccətovu amansızlıqla qətlə yetirməkdə və evi yandırmaqda şübhəli bilinən şəxs 4 il sonra polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Onun atası Cahangir Ramazanova isə sözügedən qətlə görə 19 il həbs cəzası təyin olunub.
Qeyd edək ki, o, daha əvvəl mediada bir sıra saytlarda çalışıb və özünü baş redaktor kimi təqdim edib. Daha sonra o, özünü “peyğəmbər” elan edib, onkoloji xəstələri 3 saata müalicə etdiyini, əllərində bioenerji olduğunu deyərək müxtəlif əməllər törədib. E.Ramazanovun xüsusi libas geyinərək hansısa ritual həyata keçirməsi və həmin vaxt “müalicə etdiyi” qadının huşunu itirməsinə dair görüntülər də sosial şəbəkələrdə yayılıb.
Əvvəl-Emin Ramazanov

Sonra-Emin Ramazanov

Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO











