İmişli polisi külli miqdarda silah-sursat ələ keçirib - FOTO

Hadisə 30 İyun 2024 09:15 Oxunub 252
İmişli polisi külli miqdarda silah-sursat ələ keçirib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 2 ədəd "AK-74" markalı avtomat, "Karabin", "F-1" əl qumbarası və 167 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə aparılan profilaktik tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmayan 21 ədəd ov tüfəngini könüllü polisə təhvil verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh