
İmişlidə evlərdən oğurluq edən yeniyetmə saxlanıldı
Hadisə
5 Fevral 2025 11:24
Oxunub 164

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi evdən oğurluq etməkdə şübhəli bilinən ötən il də törətdiyi oğurluq faktlarına görə barəsində istintaq araşdırmaları aparılan yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək saxlanılıb.
Avtosfer.az xəbər verir ki, araşdırma zamanı onun evlərdən 80 manat, dəyəri 9000 manatdan artıq olan qızıl-zinət əşyaları və 8000 manat dəyərində tüfənq patronu oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
(unikal)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR