İmişlidə kişi kirayə qaldığı evdə yanıb öldü

İmişli rayonunda fərdi yaşayış evində baş verən yanğın ölümlə nəticələnib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İmişli şəhəri Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Sürahi Quliyevaya məxsus ümumi sahəsi 77 kvadratmetr olan 3 otaqlı evdə naməlum səbəbdən yanğın başlayıb və qısa müddətdə güclənib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və şəxsi heyəti cəlb olunub. Yanğın söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində evin 27 kvadratmetr sahəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın yerinə baxış zamanı bir nəfər kişinin meyiti aşkarlanıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.
Müəyyən edilib ki, ölən şəxs həmin evdə kirayə yaşayan, İmişli rayonu Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Qüdrət oğlu Fərəcovdur.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Bakıda avtobus sürücüsü küçədə döyüldü
Təmir sexi avtomobillə birlikdə yandı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
General-mayor Novruzəli Orucovun oğlu keçmiş sevgilisini təhdid edir - VİDEO
ANAMA-nın əməkdaşı iynədən şoka düşərək vəfat etdi - FOTO
Qayda pozan piyadalar qışqıraraq sürücünü günahkar çıxardılar - VİDEO
Bakıda oğul anasını amansızlıqla qətlə yetirdi - FOTO
Bakıda piyada sürücüyə hirslənib maşının üstünə dırmaşdı - REAL VİDEO
Buzlu yollarda maşınlarında köməksiz qalan şəxslər xilas edildi - VİDEO
Bakıda boru partladı – Yolu su basdı - VİDEO
"BakuBus" avtobuslarının katalizatorları oğurlandı - Texniki baxış zamanı üstü açıldı
"TikTok"da deputatları və icra başçılarını söydü - 10 sutka həbs olundu











