İmişlidə toyda zəhərlənənlərin sayı 74-ə çatıb

Sentyabrın 24-ü saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Qeyd edək ki, hadisə İmişli rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib










