
İmişlidə traktorun qoşqusu və iki tondan artıq ot bağlaması yanıb
Hadisə
20 May 2025 21:09
Oxunub 300

İmişli rayonunda yanğın hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Aranlı kəndində qeydə alınıb.
Belə ki, "T-28" markalı traktorun qoşqusunda yanğın başlayıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğın nəticəsində traktorun qoşqusu və qoşquya yığılan 2,5 ton ot bağlaması yanıb.
Faktla bağlı araşdırmalar aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR