"İmperial"ın sahibinin 49 minlik qızılını apardılar - Şamaxıda film kimi oğurluq

Şamaxıda fəaliyyət göstərən "İmperial” qızıl mağazasının sahibinə məxsus 48 989 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə mağazanın satıcısı qızılları evə apararkən baş verib.
Satıcı evinə çatarkən əlindəki qızıl-zinət əşyaları olan çantanı giriş qapısının qarşısına qoyub. Bu zaman bir neçə nəfər yaxınlaşaraq onu söhbətə tutub. Naməlum adamlar getdikdən sonra satıcı qızıl dolu çantanın yoxa çıxdığını görüb. O, bu barədə mağaza sahibinə məlumat verib. Mağaza sahibi isə ona dərhal hadisə barədə polisə məlumat verməyi tapşırıb. Polisə məlumat verildikdən sonra hadisəni törədənlər saxlanılıb.
Onların ifadələrindən məlum olub ki, oğurluğu əvvəlcədən planlaşdırıblar. Satıcının söhbətə tutulması da oğruluq planının tərkib hissəsi olub. Hər üç şəxsə Cinayət Məcəlləsinin 177.2.1(Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işinə Şamaxı Rayon Məhkəməsinin hakimi Fərid Yaqubovun sədrliyi ilə baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO
Sərnişinin bu hərəkəti taksi sürücüsünü əsəbiləşdirdi - VİDEO
Polisin əmrinə tabe olmayan sürücüyə atəş açıldı – ANBAAN VİDEO
Qazaxıstandan yenicə gəlmişdi, dəm qazından öldü - FOTOLAR - YENİLƏNİB
Məşhur avtomobil markasının zavodu KÜLƏ DÖNDÜ
"Rauf music" içib "TikTok"da söyüş söydü – 20 gün həbs olundu - FOTO
Gəncədə gənc qız falçıya 25 min verdi, aldadıldı: İnsanlar belə fırıldaqçılara niyə inanır? - AÇIQLAMA
Sürücülərin əl çəkmədiyi vərdiş - Yollarda hər gün yaşanan “zolaq xaosu” - VİDEO
Paytaxtda bu marşrut xətti üzrə gediş haqqı artırılıb? – “BakuBus”dan AÇIQLAMA- FOTO
Avtomobillərin şüşələrini qıraraq oğurluq edən şəxs saxlanıldı - FOTO - VİDEO











