İngiltərədə PKK tərəfdarları azərbaycanlıya HÜCUM ETDİ - FOTO
Hadisə 12 İyun 2022 11:54 Oxunub 1018
İngiltərədə PKK tərəfdarları azərbaycanlıya HÜCUM ETDİ - FOTO

PKK terror təşkilatının tərəfdarları İngiltərədə azərbaycanlıya hücum ediblər.

Məlumata görə, BBC-nin İngiltərədəki mərkəzi ofisi qarşısında toplaşaraq yürüşə başlayan və Türkiyə əleyhinə aksiya keçirən PKK terror təşkilatının tərəfdarları əslən Azərbaycandan olan bir nəfərə hücum edərək ona xəsarət yetiriblər. Polis hadisəyə müdaxilə edib. Bundan sonra terror təşkilatının tərəfdarları yürüşlərini Baş nazirin iqamətgahına doğru davam etdiriblər. "Bütün kişilər və qadınlar mənə hücum etdi. Məni polis qorudu, marketin içərisinə apardılar", - hücuma məruz qalan azərbaycanlı deyib. Təhlükəsizliyindən narahat olduğunu deyən soydaşımız "Ola bilsin, ətrafımda məni izləyirlər, güdürlər", - əlavə edib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh