İnşaatçılarda nəzarətsiz qalan azyaşlı maşının qabağına qaçdı - ANBAAN VİDEO

Hadisə 22 May 2024 16:11 Oxunub 4452
İnşaatçılarda nəzarətsiz qalan  azyaşlı maşının qabağına qaçdı  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində azyaşlı piyada son anda qəzadan yan keçib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl axşam saatlarında qeydə alınıb. Belə ki, park edilmiş maşınların arasından yola qaçan uşaq təhlükə yaradır. Xoşbəxtlikdən sürücü onu vaxtında görərək anidən sola manevr edir və avtomobili saxlayır. 
Belə halların baş verməməsi üçün valideynlər azyaşlı övladlarına nəzarət etməlidir.
Qeyd edək ki, ərazidə bir neçə piyada keçidi var. Lakin bəzi piyadalar yolun istənilən hissəsindən keçərək həyatlarını təhlükəyə atırlar. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh