İnsult keçirən Əhməd Orucun evi qarət olundu - Hamı xəstəxanada imiş

İnsult keçirərək xəstəxanaya yerləşdirilən Azadlıq Partiyasının sabiq sədri Əhməd Orucun evi qarət edilib.
Avtosfer.az xəbərinə görə, bu barədə "Lent.az"a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, hadisə atasını xəstəxanaya yerləşdirən gün baş verib.
"Evimiz "Şamaxinka" adlanan ərazidə yerləşir. Biz xəstəxanada olanda pəncərəni qıraraq evə giriblər. Evdən 6 min manatlıq qızıl olmaqla ümumən 10 min manat dəyərində oğurluq edilib".
Abdul Oruc qeyd edib ki, hadisə ilə bağlı polisə məlumat verilib:
"Xəstəxanadan qayıdanda gördük ki, evimiz qarət edilib. Dərhal polisə məlumat verdik. Binəqədi Rayon Polis İdarəsindən gəlib əl izlərini götürdülər. Bildiyimizə görə, hadisəni törədənin kimliyi artıq müəyyən olunub. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Qeyd edək ki, Əhməd Oruc iki gün əvvəl ürəyindəki ağrılarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. İnstitutda olarkən o, insult keçirib. Əhməd Oruc hazırda reanimasiyadadır.

Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










