"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

Hadisə 16 Mart 2023 22:52 Oxunub 1448
"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"İnterpol" tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

O, İsveçdən Norveçə gəlirmiş.

Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında "İnterpol"da axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir. (report)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh