“İnterpol” tərəfindən axtarışda olan narkokartel başçısı İstanbulda saxlanılıb

Hadisə 18 Noyabr 2023 20:40 Oxunub 542
“İnterpol” tərəfindən axtarışda olan narkokartel başçısı İstanbulda saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“İnterpol” tərəfindən axtarışda olan beynəlxalq narkokartel başçısı İstanbulda polis tərəfindən saxlanılıb.

“Beynəlxalq narkotik dəstəsinin rəhbəri, “İnterpol” tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Nenad Petrak İstanbulda “Kartel-2” əməliyyatı zamanı İstanbulun Üsküdar rayonunda saxlanılıb”, - deyə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, Petrakın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup doqquz ölkədə fəaliyyət göstərir və Cənubi Amerikadan Avropaya narkotik qaçaqmalçılığı ilə məşğuldur. O, vətənində narkotik qaçaqmalçılığı ilə yanaşı qətldə də ittiham olunur. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh