İnterpol xətti ilə axtarışda olan şəxs Azərbaycana gətirildi

Noyabrın 2-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniya Federativ Respublikasında müəyyən olunaraq, həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Yol polisinə rüşvət verən şəxs hakim qarşısına çıxarıldı - 50 min cərimələndi
Bakıda ağac binanın üstünə aşdı - VİDEO
Bakıda işıq dirəyinin bir hissəsi qopdu - Prospektdə təhlükəli anlar - VİDEO
Hakim Aynur Rzayevanın ölümünə səbəb olan sürücü barədə qərar verildi - Şəhid övladı idi
Bakıda ağac kökündən sındı - VİDEO
Yasamalda qurumuş ağac avtomobilin üzərinə aşdı - VİDEO
Keçiddə dayanan piyada sürücünü boş yerə saxlatdırdı - VİDEO
Xırdalanda təhlükəli anlar: Ağac hərəkətdə olan maşının qarşısına aşdı - REAL VİDEO
Şəmsi Səmədzadə axtarışa verildi
Piyada keçidindən istifadə etməyən ana və körpəsini maşın vurub öldürdü
Evdəkilərə xəbər vermədən yoxa çıxdı; polis tapıb geri qaytardı - FOTO











