İntihar etmək istəyən 36 yaşlı kişi belə xilas edildi - VİDEO

Hadisə 8 Mart 2025 10:06 Oxunub 228
İntihar etmək istəyən 36 yaşlı kişi belə xilas edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən gün bir nəfər vətəndaş paytaxtın Nizami rayonu ərazisində qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib.

Avtosfer.az xəbər verir ki, bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Şəmiyev Nicat Mübariz oğlu qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edir.

Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o, intihar etmək niyyətindən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh