İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət alıb
Hadisə 27 Noyabr 2022 12:40 Oxunub 900
İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət alıb

Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

Apa xəbər verir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh