İran vətəndaşı dərmanları Azərbaycana alt geyimində və corabında keçirmək istədi - FOTO - VİDEO
Hadisə 17 Dekabr 2022 16:32 Oxunub 738
İran vətəndaşı dərmanları Azərbaycana alt geyimində və corabında keçirmək istədi  - FOTO - VİDEO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.  

Dövlət  Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Tehran-Bakı aviareysi ilə gələn İran İslam Respublikası vətəndaşına məxsus  çamadanlar rentgen qurğusundan keçirilərkən monitorda şübhəli əşyaların təsviri müşahidə olunub. Bundan sonra həmin sərnişin yoxlama otağına dəvət edilib və həyata keçirilən gömrük baxışı zamanı ona məxsus baqaj yüklərindəki geyim əşyalarının –şalvar və pencəklərin, hətta alt geyimlərinin, corabların içərisində 295 konvalyut, 169 ampul, 6 blister, 17 flakon, 10 ədəd maz şəklində olmaqla 77 adda müxtəlif növ dərman preparatları aşkar edilib. Aşkar edilən dərman preparatları arasında Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin 3-cü siyahısına aid “Alprozolam”, “Oxazepam”, “Clonezepam” “Alprokim” adlı  dərman vasitələrinin də olduğu müəyyənləşdirilib.

Hazırda faktla bağlı araşdıma aparılır 

Göründüyü kimi, antisanitar şəraitdə, hətta bəzi hallarda şəxsi istifadə adı altında psixotrop dərman preparatlarının ölkəmizə gətirilməsinə cəhd göstərilir ki, bu da “Dərman vasitələri haqqında” Qanunun və digər qanunvericilik aktlarının kobud şəkildə pozulması ilə yanaşı, ölkə əhalisinin sağlamlığına ciddi təhdiddir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh