İrana məxsus qayıq Azərbaycan sərhədini pozub, saxlanılanlar var - FOTO + VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizində Azərbaycanın dəniz sərhədini pozan İrana məxsus qayığı saxlayıb.
Bu barədə Avtosfer.az-a DSX-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələri müşahidə edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkar olunmuş hədəfi dayandırmaq məqsədi ilə xəbərdarlıq atəşi açılıb.
Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus 2 nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədi ilə pozduqları müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları tərəfindən dənizə atılmış 8 ədəd bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
.
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










