İranda limanda partlayış: 80 nəfər yaralandı - YENİLƏNİB

Hadisə 26 Aprel 2025 16:59 Oxunub 404
İranda limanda partlayış: 80 nəfər yaralandı   - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın Şəhid Rəcai limanında baş verən partlayışda xəsarət alanların sayı 406 nəfərə çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə İranın yerli hakimiyyət orqanları məlumat yayıblar.

Bildirilir ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan vurub.

***15:02
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində yaralananların sayı 281 nəfərə çatıb.

Avtosfer.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.


***14:30
İranın cənubundakı Bəndər Abbas şəhərində dəniz limanında güclü partlayış olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İlkin məlumatlara görə, baş verən partlayış nəticəsində 80 nəfər xəsarət alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh