İranda Şah Çıraq məqbərəsində terror aktı: ölənlər var

Hadisə 13 Avqust 2023 20:51 Oxunub 464
İranda Şah Çıraq məqbərəsində terror aktı: ölənlər var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İranın Fars vilayətinin Şiraz şəhərində Şah-Çerağ məbədində baş verən terror aktında ölənlərin sayı 4-ə çatıb.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, iki yaraqlı məscidin ərazisinə daxil olmağa cəhd edib, onlardan biri saxlanılıb, ikincinin tutulması istiqamətində işlər davam etdirilir. Həmin şəxs məqbərənin girişində olanlara atəş açmağa davam edir.

Hazırda bina mühasirəyə alınıb.

***

İranın cənub-qərbində yerləşən Fars əyalətindəki Şah Çıraq məqbərəsində terror aktı baş verib.

Məlumata görə, terror aktı nəticəsində məqbərənin azı iki qulluqçusu həlak olub.

Bildirilir ki, silahlılar atəş açdıqdan qısa müddət sonra təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. (oxu.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh