
İranda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib - VİDEO
Hadisə
20 Dekabr 2022 16:35
Oxunub 416

İranın Boyer-Əhməd şəhristanının mərkəzi şəhəri Yasucda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Partlayışdan dərhal sonra ərazidə güclü yanğın başlayıb.
İranın sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanan videoda şiddətli alovun bir neçə metr yüksəkliyə qalxdığı görünür.
Hələlik partlayışın hansı səbəbdən baş verdiyi bildirilmir.
oxu.az
ŞƏRH YAZ