
İrandan 4 kilodan çox narkotikin keçirilməsinin qarşısı alındı - FOTO
Hadisə
8 İyul 2023 18:00
Oxunub 662

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, hadisə iyulun 7-də saat 22:40-da “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 4 kiloqram 372 qram narkotik vasitə marixuana, 78 qram heroin və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1920 ədəd “preqobalin – 150” həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
ŞƏRH YAZ