İrandan Azərbaycana narkotik gətirən şəxslərin məhkəməsi başlayır

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə təqsirləndirilən Pərvin Rzayev, gələn Məhəmməd Məmmədov və Süleyman Musazadənin cinayət işi üzrə məhkəmə iclası başlayır.
Avtosfer.az-ın xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hər üç şəxs 2021-ci ilin avqustunda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Belə ki, paytaxtın Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi 90-LB-478 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz S 600" markalı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb. M.Məmmədovun saxlanıldığını görən P.Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çarparaq hadisə yerindən qaçıb. M.Məmmədovdan götürülən çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ilin avqustun 4-u səhər saatlarında cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Yasamal rayonu ərazisində, P.Rzayev isə bir gün sonra səhər saatlarında Şirvan şəhərində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb. Həmin şəxslərin barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü










