İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Hadisə 18 Aprel 2025 18:09 Oxunub 224
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş aparatı vasitəsilə (PUA) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. 

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hava məkanımıza qanunsuz daxil olan kiçik ölçülü PUA vaxtında aşkarlanaraq zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı ümumi çəkisi 543 qram narkotik vasitə (8 qram tiryək; 535 qram marixuana) götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image

image

image

ŞƏRH YAZ
Ad

E-mail

Şərh