İrandan Azərbaycana qayıqlarla 170 kiloqram narkotik vasitə keçirmək istədilər

Hadisə 31 İyul 2024 21:36 Oxunub 114
İrandan Azərbaycana qayıqlarla 170 kiloqram narkotik vasitə keçirmək istədilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop maddəni keçirərək satışında təqsirləndirilən Elşad Əliyev və Zakir Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İstintaqla müəyyən edilib ki, Elşad Əliyev tanışı Zakir Nağıyevlə birgə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddəni İran vətəndaşı olan "Rəsul" adlı şəxslə cinayət əlaqəsinə girib. Razılaşmaya əsasən onlar İran vətəndaşı "Rəsul" adlı şəxsdən 40 000 manat məbləğində pul təklifi və təlimatı əsasında gələcəkdə ayrı-ayrı müştərilərə çatdıracaqlar.

Onlar Xəzər dənizinin İran sahillərindən qayıqlarla 170 kiloqram narkotik və psixotrop maddələri keçirərək Sumqayıt şəhəri, Yaşma bağları ərazisində dənizin sahilində yerləşdiriblər.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Elşad Əliyev və Zakir Nağıyev 2023-cü ilin mayında saxlanılıblar. Aparılan şəxsi axtarış və götürmə zamanı 170 kiloqramdan artıq narkotik və psixotrop maddələr ələ keçirilib.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 234.4.1 vǝ 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh