
İrandan Türkiyəyə gedən yük maşınında 77 kq narkotik tapılıb - FOTO
Hadisə
5 İyun 2025 20:51
Oxunub 314

Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına “divar paneli” yükü aparan Türkiyə Respublikasının vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda kinoloji xidmət iti tətbiq edilməklə əsasalı yoxlamaya cəlb olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsində “divar paneli” yükünün içərisində aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilmiş halda, gümüşü rəngli folqaya bükülmüş 24 ədəd bağlamada külli miqdarda, ümumi təmiz çəkisi 77 kq 150 qr olan narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırılma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR