Banner

İranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən iki azərbaycanlı həbs edildi - FOTO

Hadisə 30 Oktyabr 2025 23:24 Oxunub 308
İranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən iki azərbaycanlı həbs edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İki azərbaycanlı ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinecadı öldürməyə cəhddə təqsirli bilinərək həbs edilib.

Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Nyu-York Məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərovu uğursuz sui-qəsd işi üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.

Bildirilir ki, adıçəkilən hər iki şəxs Tehranın dəstəyi ilə hərəkət edib və sui-qəsdə görə İslam İnqilabı Keşikçiləri Korpusu 500 min dollar ödəyib.

Qeyd edək ki, Məsih Əlinecad 2009-cu ildə İrandan qaçıb. O, rəsmi Tehranın qadınlara münasibətini açıq şəkildə tənqid edib.

ABŞ-də iranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən iki azərbaycanlı HƏBS EDİLDİ

ŞƏRH YAZ
Ad

E-mail

Şərh