İrəvanda Rusiyanın qırıcı təyyarəsi dəmir dirəyə, daha sonra hasara çırpılıb - FOTO
Hadisə
24 Avqust 2025 17:50
Oxunub 470

Ermənistanın paytaxtı İrəvanda Rusiyaya məxsus qırıcı təyyarə ilə insident baş verib. Avtosfer.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, təyyarə Arşakunyats prospektində dəmir dirəyə, daha sonra hasara çırpılıb. Yerüstü daşıma zamanı sərt muftanın elementi sıradan çıxıb və təyyarə platformadan çıxıb. Daşımanı Daxili İşlər Nazirliyinin erməni patrul zabitləri və Müdafiə Nazirliyinin hərbi polis əməkdaşları müşayiət ediblər. Prospektdə nəqliyyatın hərəkəti dayandırılıb, təyyarəyə ziyan dəyməyib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR















