İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralananlar var
Hadisə
2 Fevral 2022 14:09
Oxunub 956
Ermənistanın paytaxtı İrəvanın Qarabağ küçəsində yanacaqdoldurma məntəqəsində partlayışın baş verməsi nəticəsində bir neçə nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı məlumat verib.
Bildirilib ki, partlayış səsi məntəqənin daxilindən eşidilib. Məntəqənin qarşısında bir maşın yanıb. Hadisə yerinə 6 yanğınsöndürmə avtomobili cəlb edilib.
Partlayışın səbəbi araşdırılır.
“Report”
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR