İri həcmdə narkotik daşıyan sualtı qayıq saxlanılıb

Beynəlxalq narkotik ticarəti şəbəkəsinin çökdürülməsi çərçivəsində İtaliya karabinyerləri narkotiklərin daşınması üçün istifadə edilən uzaqdan idarə olunan sualtı qayığı ələ keçirib. “Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları sualtı qayığı İtaliyanın şimalında, Turin şəhərində əslində marixuana yetişdirən, amma görüntüdə avtoyuma məntəqəsi işlədən şəxslərin fəaliyyəti ilə bağlı araşdırma zamanı aşkar ediblər.
Alban əsilli iki qardaşın nəzarətində olan şəbəkə Ekvador, Belçika, Fransa, İspaniya və İtaliya arasında fəaliyyət göstərib. Karabinyerlərin bildirdiyinə görə, əməliyyat zamanı ümumilikdə 204 kiloqram kokain və həşiş ələ keçirilib.
Daha əvvəl Avropanın 100-ə yaxın böyük şəhərinin tullantı sularını hər il narkotik maddələrin qalıqlarına görə təhlil edən Narkotiklər və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzi (EMCDDA) Avropada kokaindən istifadənin əhəmiyyətli dərəcədə artdığını müəyyən etmişdi.
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










