İş adamı arvadı ilə birgə öldürüldü

Rusiyalı kriptovalyuta taciri Roman Novak və onun həyat yoldaşı Anna Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) kirayə qaldıqları villada qətlə yetiriliblər. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. Cinayətin başvermə şəraiti və icraçılarının adları açıqlanıb, şübhəlilər saxlanılıb. Özünü dəfələrlə sahibkar və "Telegram"ın qurucusu Pavel Durovun dostu kimi tanıdan Roman Novak sürətli kriptovalyuta köçürmə proqramı olan "Fintopio"nun yaradıcısıdır. Onun inkişafı üçün təxminən 500 milyon dollar investisiya toplayıb, lakin pulu aldıqdan sonra yoxa çıxıb.
Cütlüyün yaxınları Sankt-Peterburqda hüquq-mühafizə orqanlarına şikayət edib və bununla bağlı cinayət işi açılıb. Roman və Anna təxminən bir ay əvvəl Rusiyadakı ailələri ilə əlaqəni kəsmişdilər. Müstəntiqlər müəyyən ediblər ki, onlar oktyabrın 2-də Hattada investorlarla görüşməli idilər. Sürücü onları gölün yaxınlığındakı dayanacağa aparıb, oradan başqa maşına keçib və oradan uzaqlaşıblar. Sonra isə əlaqə kəsilib.
İndiyədək cinayətlə bağlı səkkiz nəfər həbs edilib, onlardan dördü cinayətin ortağı olub, maşın və villa icarəyə götürüb, bıçaq alıb və s.
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR









