İş adamı avtomobilində ölü tapılıb
Hadisə
18 Avqust 2025 22:30
Oxunub 480

Ermənistanlı iş adamı Karen Qasparyan İrəvanda ölü tapılıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Armlur” nəşri məlumat yayıb. Məlumata görə, başın gicgah nahiyəsindən güllə yarası almış kişinin meyiti Dəmirçyan küçəsində “Mercedes-Benz” markalı avtomobildə, əlində tapança aşkar edilib. İlkin versiyaya görə, bu, intihar ola bilər. Hazırda hadisə yerində əməliyyatçılar işləyir. Qeyd olunur ki, Qasparyan Ermənistan paytaxtında elit yaşayış komplekslərinin tikintisi ilə məşğul olub.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














