
İş adamı yenicə aldığı maşınla 3 nəfəri öldürdü
Hadisə
5 Fevral 2025 17:52
Oxunub 186

Rusiyanın paytaxtı Moskvada iş adamı yeni aldığı maşınla 3 nəfəri öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə Yeni Moskvanın Filimonkovskoye kəndində baş verib. Sürücü piyada keçidi ilə yolu keçən nənə, ana, onların 22 yaşlı nəvəsi və oğlunu vurub. Qadınlar hadisə yerində ölüblər. Həkimlər hazırda oğlanın həyatı üçün mübarizə aparırlar.
Məlumata görə, sürücü yolsuzluq avtomobilini yanvarın sonunda alıb və hələ adına keçirməyib. Sürücü İldar M.-nın xizək idmanı ustası və sahibkar olduğu bildirilir.
(lent.az)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR