İş masasına həbs qoyulan baş həkim vəzifəsindən gedib - Borc 200 mini ötüb

Bakıda fəaliyyət göstərən "MedAura”" Klinikasının vergi borcu 200 min manatı keçib. Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, klinikanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 235 min 811,82 manat borcu var. Qeyd edək ki, təxminən üç ay əvvəl klinikanın qanuni təmsilçisi dəyişib. Hazırda qanuni təmsilçi İsbiyev Mübariz Qabil oğludur. Ondan əvvəl isə - may ayınadək bu vəzifəni və baş həkimlik funksiyasını Nigar Məhəmmədova icra edib. Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən klinikanın bu ilin fevralında 62 min 607,57 manat vergi borcu qeydə alınmışdı. Sözügedən borca görə məhkəmə qərarı ilə klinikanın 39 min 162 manatlıq hesablarına, eləcə də çoxsaylı tibbi avadanlıqlarına, elektron cihazlarına və əşyalarına həbs qoyulub. Həbs qoyulan əşyalar arasında baş həkimin iş masası, divan, televizor və digər inventarlar da var.
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO











