İş üçün getmək istəyənlər dələduzların qurbanı oldu - VİDEO
Bir qrup şəxs Bosniya və Herseqovina və Serbiyada iş vədi ilə aldadıldığını iddia edir.
Həmin şəxslərə bildirilib ki, 2000 manata yaxın maaşı olan zavod işi ilə təmin ediləcəklər.
"365 turizm" adlı şirkətinin bu təklifinə hə deyən 50-ə yaxın şəxsin hər biri nə az nə çox 3000 manat ödəniş etdiklərini deyirlər. Şikayətçilər deyir ki, gözləntilər özünü doğrultmayıb.
Bakıdan Serbiyaya gedənlərə isə fərqli işlər təklif edilib.
Vətəndaşlar iddia edir ki, onlara 3 min manatdan 5 min manata qədər ziyan dəyib.
Məsələ ilə bağlı zərərçəkənlərin qeyd etdiyi "365 turizm" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki qeyd olunan məsələnin onlarla heç bir əlaqəsi yoxdur.
Bəzi vətəndaşların ödəniş qəbzlərində, müqavilələrində "tempotrips travel" adlı səyahət şirkətinin adı qeyd olunub. Həmin şirkətin direktoru olduğunu deyən Sədaqət Təhməzova ilə də əlaqə saxladıq.
Qeyd olundu ki, şikayətləri əsassızdır, onlardan 500 manat ödəniş alınaraq Serbiyaya göndərilib və öz istəkləri ilə geri qayıdıblar.
Vətəndaşlar artıq hüquq-mühafizə orqanlarına şikayət ediblər.
Ətraflı videomaterialda.